Azərbaycanın qadın hakimi UEFA-dan yeni təyinat alıb
Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycan FIFA dərəcəli qadın hakimi Fəridə Lütfəliyeva UEFA-dan yeni təyinat alıb.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində C liqasının 3-cü qrupunun Monteneqro – Andorra oyununda ədaləti qoruyacaq.
F.Lütfəliyevaya Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcəklər. Maltalı Yoanna Vassallo isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, aprelin 5-də Monteneqronun Podqoritsa şəhərindəki “Qradski Podqoritsa” stadionunda keçiriləcək görüş saat 18:30-da başlayacaq.
İngiltərə Premyer Liqası: “Mançester Yunayted” səfərdə “Tottenhem”ə uduzub
Türkiyə Superliqası: “Fənərbağça” 3 xalı 3 qolla qazanıb
Premyer Liqa: “Qarabağ” penalti qolu ilə “Neftçi”ni məğlub edib
İngiltərə Premyer Liqası: "Liverpul" vacib qələbə qazanıb
Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti Azərbaycan İdman Akademiyasında təlim keçib