Azərbaycanın üç paracüdoçusu lisenziya turnirində iştirak edəcək
Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycanın üç paracüdoçusu Türkiyənin Antalya şəhərində keçiriləcək Qran-Pridə iştirak edəcək.
Azərbaycan Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Vüqar Şirinli (60 kiloqram) J2 kateqoriyasında, Zakir Mislimov (90 kiloqramda) və Xatirə İsmiyeva (+70 kiloqram) isə J1 kateqoriyasında mübarizə aparacaq.
Qeyd edək ki, yarış “Paris-2024” Yay Paralimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
İtaliya A Seriyası: "Yuventus" doğma meydanda "Milan"ı məğlub edib
“Bavariya” Bundesliqanın 18-ci turunda “Volfsburq”u məğlub edib
Premyer Liqa: "Liverpul" çempionluq yolunda vacib qələbə qazanıb
Misli Premyer Liqası: "Sumqayıt" doğma meydanda "Səbail"ə uduzub