×
A
A
A
Sazlamalar

AFFA rəsmisi seçmə mərhələ oyununa təyinat alıb

Bakı, 1 aprel, AZƏRTAC

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan yeni təyinat alıb.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində C liqasının 5-ci qrupunun Lüksemburq – Albaniya oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, aprelin 5-də Lüksemburqun Eş-sur-Alzet şəhərindəki "Emile Mayrisch" stadionunda keçiriləcək qarşılaşma saat 21:30-da başlayacaq.

İdman 2024-04-01 10:33:00