"Böyük Dəbilqə": Daha bir Azərbaycan cüdoçusu gümüş medala yiyələnib
Bakı, 31 mart, AZƏRTAC
Azərbaycanın daha bir cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən Vüqar Talıbov finalda yaponiyalı Sanşiro Murao ilə bacarmayıb.
Bununla da milli komanda yarışı iki gümüş medalla başa vurub. Daha əvvəl Rəşid Məmmədəliyev (73 kiloqram) də ikinci yeri tutub.
Qeyd edək ki, Azərbaycan turnirdə 9 cüdoçu ilə təmsil olunub.
Riçard Almeyda Braziliya klubuna keçib
Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti İdman Akademiyasında təlim keçir
Azərbaycan cüdoçuları Bakıdakı "Böyük Dəbilqə" turnirinə 2 medalla başlayıblar
Balkan çempionatından iştirak edəcək Azərbaycan atletləri müəyyənləşib
"Bavariya" aparıcı futbolçusu ilə müqavilənin müddətini uzadıb