×
A
A
A
Sazlamalar

Şirvan ərazisində narkotik dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Bakı, 27 mart, AZƏRTAC

Şirvan ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Ə.Alışov, C.Əhmədov, Ə.Heybətov və R.Dadaşova şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin şəxslərdən müxtəlif çəkilərdə heroin, metamfetamin və marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Regionlar 2024-03-27 08:26:00