×
A
A
A
Sazlamalar

Yaz yağışları ilə birgə gələn, duyulan baharın nəfəsi FOTO VİDEO

Şəki, 25 mart, AZƏRTAC

Ölkəmizin Şimal-Qərb bölgəsində son günlər hava şəraiti nə qədər qeyri-sabit, yağıntılı keçsə də, havada bahar qoxusu, təbiətdə canlanma hiss olunur.
AZƏRTAC xəbər verir ki, mart ayının ikinci ongünlüyündən başlayaraq Şəkidə yağıntılı hava şəraiti hökm sürür. Bölgənin dağlıq və dağətəyi ərazilərində olduğu kimi bu rayonun da eyni ərazilərinə qar yağması təbii hal hesab edilir.
Bir qədər arana endikdə isə burada tam fərqli bir mənzərə ilə qarşılaşırıq. Belə ki, yaz yağışları ilə birgə təbiətin oyanmasını, baharın nəfəsini həm torpaqda, həm də ağaclarda görmək, müşahidə etmək mümkündür.
İndi Şəkinin əksər aran ərazilərində ərik, alça, badam, zoğal ağacları çiçəkləmə dövrünü yaşayır. Alma, gilas, armud, heyva ağaclarında isə tumurcuqlar bir günəş istisinə hamilə kimi görünür.
Əməkdaşımızın yazın, baharın gəlişi ilə bağlı lentə aldığı təbiət mənzərələrini - kadr və fotoşəkilləri təqdim edirik.

Regionlar 2024-03-25 17:05:00

Video