×
A
A
A
Sazlamalar

Naxçıvanda yol qəzasında 3 nəfər xəsarət alıb

Naxçıvan, 24 mart, AZƏRTAC

Naxçıvan-Sədərək magistralında yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, hadisə Şərur rayonunun Püsyan kəndi ərazisində qeydə alınıb. Sürətlə hərəkət edən "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Hadisə nəticəsində Şərur rayon Aralıq kənd sakinləri, 1953-cü il təvəllüdlü Həsənova Gülnaz Qələndər qızı, 1970-ci il təvəllüdlü Rzayev Pünhan Həsən oğlu və 1987-ci il təvəllüdlü Həsənova Səyyarə Hidayət qızı xəsarət alıblar. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, Pünhan Rzayevin vəziyyəti ağır, digər iki sərnişinin vəziyyəti isə orta-ağırdır.
Faktlar bağlı araşdırma aparılır.

Regionlar 2024-03-24 13:03:00