×
A
A
A
Sazlamalar

Şəmkirdə zəncirvarı qəza olub, ölən və xəsarət alanlar var

Şəmkir, 23 mart, AZƏRTAC

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2106", "VAZ 2107" və digər avtomobil toqquşub. Qəza zamanı 1990-cı il təvəllüdlü Elçin Elxan oğlu Əhmədov hadisə yerində ölüb. 1996-cı il təvəllüdlü İlham Yılmaz oğlu Həsənov, 1998-ci il təvəllüdlü Seymur Nəcəf oğlu İmanov və bir qadın xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Regionlar 2024-03-23 22:31:00