×
A
A
A
Sazlamalar

Bahar çöhrəli uşaqlar… Naxçıvandan fotoreportaj

Naxçıvan, 21 mart, Nail Əsgərov, AZƏRTAC
Baharın gəlişinə hər kəs sevinir, amma uşaqların sevinci bir başqa olur. Bu bayram ən çox əylənən də, sevinən də uşaqlardır, desək yanılmarıq. Bayram axşamı papaqatdıya çıxan, tonqalın üstündən atlanan balacaların şən-şaqraq səsləri ilə sanki ülvi gözəlliklər saçılır ətrafa. Böyüklər çalışır ki, uşaqların üzü daha çox gülsün bu bayramda. Çünki onlar gülürsə, dünya da gülür. Naxçıvanda iki gündür davam edən Bahar festivalında da ən çox əylənən uşaqlardır. Bahar çöhrəli uşaqlar...
AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşının muxtar respublikada keçirilən Novruz bayramı mərasimində uşaqların sevincini əks etdirən fotoreportajı təqdim edirik.

Regionlar 2024-03-21 19:50:00