×
A
A
A
Sazlamalar

Premyer Liqa: “Qarabağ” “Turan Tovuz”un, “Sabah” “Sumqayıt”ın qonağı olacaq

Bakı, 17 mart, AZƏRTAC

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulacaq. Sonuncu gündə daha iki oyun keçiriləcək.
AZƏRTAC xəbər verir ki, birinci oyun Tovuzda olacaq. “Turan Tovuz” "Qarabağ"ı qəbul edəcək. Meydan sahibləri 35 xalla 7-ci pillədə qərarlaşıb. Ağdam klubu 63 xalla liderdir.
Tura “Sumqayıt” – “Sabah” oyunu ilə yekun vurulacaq. “Gənclik şəhəri” təmsilçisi 39 xalla 4-cü, qonaqlar 37 xalla 5-ci yerdədir.
Azərbaycan Premyer Liqası, XXVII tur

16:00. “Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Tovuz şəhər stadionu

19:00. “Sumqayıt”– “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Neftçi” “Səbail”i (3:0), “Zirə” “Kəpəz”i (2:1) məğlub edib. “Araz-Naxçıvan” – “Qəbələ” matçı heç-heçə (1:1) başa çatıb.

İdman 2024-03-17 09:39:00