Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb
Bakı, 4 may, AZƏRTAC
Futbol üzrə İngiltərə Premyer Liqasında XXXVI turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, lider “Arsenal” öz meydanında “Bornmut”u qəbul edib.
Görüş London klubunun inamlı qələbəsi ilə başa çatıb – 3:0. Hesabı 45-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Bukayo Saka açıb. Leandro Trossard 70-ci dəqiqədə 2-ci topu qonaqların qapısından keçirib. Matçda son nöqtəni isə 90+7-ci dəqiqədə Deklan Rays qoyub.
Bu qələbədən sonra xallarını 83-ə çatdıran “Arsenal” ilk pillədəki mövqeyini möhkəmlədib. “Topçular”ı 79 xalla liderdən 2 oyun az keçirən “Mançester Siti” izləyir. 48 xalı olan “Bornmut” isə 10-cı sırada qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunları mayın 5-6-da keçiriləcək.
Üçqat dünya çempionu: Növbəti finalda da Vətənimi layiqincə təmsil edəcəyəm
Baş katib: Azərbaycan xizək alpinizmi üzrə Dünya Kubokunu qəbul etməyə tam hazırdır
“Kəpəz” – “Zirə” oyununa əcnəbi hakimin təyin edilməməsinin səbəbi məlum olub
Avropa çempionu olan Azərbaycan güləş yığması Vətənə qayıdıb
Rumıniya voleybol millisinin baş məşqçisi: Azərbaycan yığması bizə təhlükəli anlar yaşatdı