×
A
A
A
Sazlamalar

Neymarın yaşıl meydanlara qayıdacağı vaxt bəlli olub

Bakı, 16 mart, AZƏRTAC

Braziliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu Neymarın yaşıl meydanlara qayıdacağı vaxt bəlli olub.
AZƏRTAC xəbər verir ki, bu barədə yığmanın həkimi Rodriqo Lasmar məlumat verib.
Onun sözlərinə görə, 33 yaşlı hücumçu doqquz və ya on aylıq fizioterapiya kursunu başa vurduqdan sonra sıraya dönə biləcək.
Qeyd edək ki, Neymar 2023-cü ilin oktyabrında dizinin ön çarpaz bağından zədə alıb.

İdman 2024-03-16 11:33:00