×
A
A
A
Sazlamalar

Azərbaycan Premyer Liqası: "Zirə" "Kəpəz"i, " Araz-Naxçıvan" "Qəbələ"ni qəbul edəcək

Bakı, 16 mart, AZƏRTAC

Azərbaycan Premyer Liqasında XXVII turun növbəti oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında “Zirə” Tofiq Bəhramov adına Respublika Stadionunda “Kəpəz”i qəbul edəcək. Görüşün start fiti 16:00-da veriləcək.
Hazırda “Zirə” 36 xalla altıncı, Gəncə təmsilçisi isə 27 xalla doqquzuncu pillədə qərarlaşıb.
Günün ikinci qarşılaşmasında isə “Qəbələ” “Araz-Naxçıvan”ın qonağı olacaq. “Liv Bona Dea Arena”da reallaşacaq oyun 18:30-da başlayacaq. Naxçıvanlılar 31 xalla səkkizinci, hesabında 15 xal olan “Qəbələ” isə sonuncu sırada yer alıb.
Qeyd edək ki, turun açılış matçında “Neftçi” “Səbail”i 3 cavabsız qolla məğlub edib – 3:0. Martın 17-də turun digər oyunları keçiriləcək. “Turan Tovuz” “Qarabağ”ı, “Sumqayıt” “Sabah”ı qəbul edəcək.

 

İdman 2024-03-16 10:52:00