×
A
A
A
Sazlamalar

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Bakı, 4 may, AZƏRTAC

İspaniya La Liqasında 2023/2024-cü illər mövsümünün qalibi bəlli olub.
AZƏRTAC xəbər verir ki, "Real Madrid" sona 4 tur qalmış çempionluğu təmin edib.
Doğma meydanda "Kadis" klubuna 3 cavabsız qolla qalib gələn "kral klubu" "Barselona"nın səfərdə "Jirona"ya uduzmasından (2:4) sonra qızıl medalları rəsmiləşdirib. Bu, Madrid təmsilçisinin 36-cı La Liqa çempionluğu olub.
Qeyd edək ki, hazırda ilk pillədəki "Real Madrid"in 87 xalı var. İkinci sırada 74 xalla "Jirona" qərarlaşıb. İlk "üçlüy"ü isə 73 xalı olan "Barselona" tamamlayır.

İdman 2024-05-04 22:54:00