×
A
A
A
Sazlamalar

Konfrans Liqası: “Fənərbağça” “Union”la, “Aston Villa” “Ayaks”la qarşılaşacaq

Bakı, 14 mart, AZƏRTAC

Bu gün Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, “Fənərbağça” doğma meydanda Belçika təmsilçisi “Union”u qəbul edəcək. Komandalar arasında baş tutan ilk görüşdə Türkiyə klubu 3:0 hesabı ilə qalib gəlib. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Eyni saatda Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo Zaqreb” kollektivi səfərdə Yunanıstan PAOK-unun qonağı olacaq. İlk görüş zaqreblilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Konfrans Liqası
1/8 final, cavab oyunları
14 mart
21:45. “Fiorentina” - “Makkabi” Hayfa”
İlk oyun - 4:3
21:45. “Viktoriya Plzen” - “Servett”
İlk oyun - 0:0
00:00. “Aston Villa” - “Ayaks”
İlk oyun - 0:0
00:00. “Brügge” - “Molde”
İlk oyun - 1:2
00:00. “Lill” - “Şturm Qraz”
İlk oyun - 3:0
00:00. “Makkabi” Təl-Əviv - “Olimpiakos”
İlk oyun – 4:1

İdman 2024-03-14 11:59:00