×
A
A
A
Sazlamalar

Çempionlar Liqası: Dörddəbir final mərhələsinə vəsiqə qazanan bütün komandalar bəlli olub

Bakı, 14 mart, AZƏRTAC

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanan bütün komandaların adları məlum olub.
AZƏRTAC xəbər verir ki, bunlar “Barselona”, “Real Madrid”, “Atletiko Madrid” (hər üçü İspaniya), “Bavariya”, “Borussiya Dortmund” (hər ikisi Almaniya), “Mançester Siti”, “Arsenal” (hər ikisi İngiltərə) və PSJ (Fransa) kollektivləridir.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi martın 15-də Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

İdman 2024-03-14 11:10:00