Yüksək Liqa: “Azərreyl” və “Murov Az Terminal” qələbə qazanıb
Bakı, 14 mart, AZƏRTAC
Bu gün qadın voleybolçuların Yüksək Liqasında XVII turun oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında "Milli Aviasiya Akademiyası" və "Murov Az Terminal" komandaları üz-üzə gəliblər. Görüş ikincilərin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər oyununda "Azərreyl" "Gəncə"ni qəbul edib. Qarşılaşma "dəmiryolçular"ın 3:0 hesablı rahat qələbəsi ilə başa çatıb.
Tura martın 13-də UNEC - “Abşeron” matçı ilə yekun vurulacaq. Qarşılaşma UNEC-in idman zalında təşkil olunacaq.
Bu nəticələrdən sonra xallarını 42-yə çatdıran "Azərreyl" turnir cədvəlinə başçılıq edir. "Murov Az Terminal" 37 xalla ikinci, bir oyun az keçirən "Abşeron" isə 33 xalla üçüncü pillədə qərarlaşıb.
Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi
Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub
Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib
Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir
Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb