×
A
A
A
Sazlamalar

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Bakı, 6 may, AZƏRTAC

Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin və “Cəlilabad” komandasının üzvü Zaur Paşayev yığmadakı karyerasını bitirəcək.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, 41 yaşlı oyunçu son dəfə yığmanın formasını dünya çempionatının seçmə mərhələsində İsveçrəyə qarşı keçiriləcək matçda geyinəcək. Həmin qarşılaşma bu il noyabrın 24-də Bakıda oynanılacaq.
Təcrübəli oyunçu klub karyerası barədə isə hələlik qərar verməyib.
Qeyd edək ki, Zaur Paşayev karyerası ərzində “NTD-Devon”, “Qala”, “NTD-Tiflis” (Gürcüstan), “Araz-NTD”, “Kutaisi” (Gürcüstan) kimi komandaların formasını geyinib. O, iki dəfə İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

İdman 2024-05-06 17:24:00