Qurban Qurbanov: “Bayer”dən çəkinmirik
Bakı, 13 mart, AZƏRTAC
“Çox vacib oyundur. Avropanın ən güclü komandalarından birinə qarşı oynayacağıq. Yenidən bu arenada mübarizə aparmaq xoşdur”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşması çərçivəsində səfərdə Almaniya “Bayer”inə qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Əlli üç yaşlı mütəxəssis rəqibdən çəkinmədiklərini bildirib: “Hər bir komandada özünəinam hissi olur. Sabah biz də bu cür meydana çıxacağıq. Məqsədimiz sonadək meydanda mübarizə aparmaqdır. Əlbəttə ki, rəqibin son dövrlərdəki hazırlığı bizdən yaxşıdır. Ancaq futbolçularıma çox inanıram”.
O, zədəli olan Olavio Juninyonun son durumunun oyuna kimi dəqiqləşəcəyini söyləyib: “Juninyonun sabah oynayıb-oynamayacağı dəqiq bilinmir. Son dəfə də həkim nəzarətindən keçəcək”.
Q.Qurbanov “Bayer” kimi komandalara qarşı oynamağın özləri üçün böyük təcrübə olduğunu deyib: “Azərbaycanda futbol çox sevilir. Biz də bunları gördüyümüz zaman daha da motivasiyalı oluruq”.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk matç 2:2 hesabı ilə başa çatıb. Cavab oyunu martın 14-də Leverkuzendə təşkil olunacaq.
Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib
Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb
Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub
Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi
Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub