×
A
A
A
Sazlamalar

Qazaxda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib FOTO

Qazax, 13 mart, Ruslan Novruzoğlu, AZƏRTAC

Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin və 2 nömrəli Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində Qazax rayonunun Dəmirçilər kəndi ərazisində küknar şamı, çinar və göyrüş olmaqla 1600 ədəd ağac əkilib.
Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına, ən əsası da ölkədə keçirilən ekoloji tədbirlərə və ekoloji maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.
Ağacəkmə aksiyasında Qazax Rayon İcra Hakimiyyətinin rəhbərliyi, 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri, rayon icra hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvləri, könüllülər iştirak ediblər.

Regionlar 2024-03-13 20:25:00