×
A
A
A
Sazlamalar

Azərbaycanlı hakim İspaniyanın oyununa təyinat alıb

Bakı, 13 mart, AZƏRTAC

Beynəlxalq dərəcəli köməkçi hakim Sevda Nuriyeva UEFA-dan təyinat alıb.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 17 yaşadək qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin ikinci turu çərçivəsində Niderlandda keçiriləcək A liqasının V qrupunun oyunlarında köməkçi hakim funksiyasını yerinə yetirəcək.
Oyunların təqvimi:
14 mart
İspaniya – Türkiyə
Baş hakim: Joanna Vassalo (Malta)
Baş hakimin köməkçiləri: Sevda Nuriyeva, Van Gilst (Niderland)
Dördüncü hakim: Sterre Biylsma (Niderland)
17 mart
Niderland – Türkiyə
Baş hakim: Nanna Lof Andersen (Danimarka)
Baş hakimin köməkçiləri: Anna Şmidt (Danimarka), Sevda Nuriyeva
Dördüncü hakim: Joanna Vassalo (Malta)
20 mart
Türkiyə – Ukrayna
Baş hakim: Joanna Vassalo (Malta)
Baş hakimin köməkçiləri: Sevda Nuriyeva, Van Gilst (Niderland)
Dördüncü hakim: Sterre Biylsma (Niderland)

İdman 2024-03-13 17:10:00