“Barselona”nın müdafiəçisi: Gələcəyim öz əlimdə deyil
Bakı, 13 mart, AZƏRTAC
İspaniyanın “Barselona” komandasının müdafiəçisi Ronald Arauxo klubdakı gələcəyi barədə danışıb.
AZƏRTAC xəbər verir ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İtaliya “Napoli”sinə 3:1 hesabı qalib gəldikləri cavab görüşündən sonra jurnalistlərin suallarını cavablandıran 25 yaşlı futbolçu gələcəyinin öz əlində olmadığını bildirib: “Mənim gələcək karyeram “Barselona”dan asılıdır. Bu komandada futbol oynadığım üçün çox xoşbəxtəm. Ancaq qərarları mən deyil, rəhbərlik verir. Baş məşqçimiz Xaviyə çox minnətdaram. O, hər zaman mənə dəstək olur”.
Qeyd edək ki, Ronald Arauxonun Kataloniya təmsilçisi ilə 2026-cı ilədək müqaviləsi var.
Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib
Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb
Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub
Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi
Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub