×
A
A
A
Sazlamalar

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəmkirdə vətəndaşlarla görüş keçirəcək

Bakı, 7 mart, AZƏRTAC

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev martın 14-də saat 09:00-da Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux rayonları və Gəncə şəhərinin sakinləri ilə görüşəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda mart ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.
Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula martın 13-ə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

 

Regionlar 2024-03-07 14:09:00