×
A
A
A
Sazlamalar

Naxçıvanda cinayətkar qrup saxlanılıb VİDEO

Naxçıvan, 7 mart, AZƏRTAC

Naxçıvan polisi tərəfindən keçirilmiş təxirəsalınmaz tədbirlərlə cinayətkar qrup halında Naxçıvan şəhər sakini Orxan Qurbanovu (ad şərtidir) bıçaqla hədələyən, şəhər ərazisindən kənarda güc tətbiq edərək videoçəkiliş aparan şəxslər saxlanılıb.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ordubad rayon Nüsnüs kənd sakinləri Hüseynov Leysan, Hüseynov Firqət, Quliyev Ülvi, Quliyev Bayram saxlanılaraq istintaqa təhvil verilib.
Təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.3-cü maddələri ilə cinayət işi başlanılıb və onlara qeyd olunan maddələr ilə ittiham elan edilərək barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda həmin dəstənin qeyri-qanuni fəaliyyətinə dair halların dəqiqləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Regionlar 2024-03-07 12:42:00

Video