×
A
A
A
Sazlamalar

Laçındakı kəsimxanada 20 laçınlı işlə təmin olunub VİDEO

Laçın, 1 mart, AZƏRTAC

Laçında yeni müəssisələrin yaradılmasında innovativ texnologiyaların və avtomatlaşdırılmış istehsalat sahələrinin tətbiq olunması diqqətdə saxlanılır. Müasir texnoloji avadanlıqlarla təchiz olunan müəssisələrdən biri də kəsimxana istehsal sahəsidir. Ötən ilin oktyabr ayından fəaliyyət göstərən kəsimxanada bu günə qədər 2 tondan çox ət satışı gerçəkləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zerti Aqro-Sənaye kompleksində yaradılan fəaliyyət növlərindən biri də əhalinin ətlə təminatına xidmət edir.
Müəssisədə Türkiyənin qabaqcıl “Cantek” şirkətində istehsal olunan avadanlıqlar quraşdırılıb. Müasir texnoloji avadanlıqla işləyən kəsimxananın maksimum istehsal gücü illik 12 min baş xırdabuynuzlu heyvanı əhatə edir. İslam dövlətlərində belə kəsimxanalar, xüsusilə qurban bayramlarında adamların çox toplaşdığı yerlərdə qurulur.
Kəsimxanada gün ərzində 100-150-yə qədər heyvan kəsmək olur. Ümumilikdə 5 konteynerdən ibarət olan müəssisənin sahəsi 200 kvadratmetrdən çoxdur. Konteynerlərdən 3-də kəsim işləri yerinə yetirilir, digər 2 ədəd konteyner isə saxlama kamerasından ibarətdir. Kəsilən heyvanlar bazarlardan və Laçında olan fermalardan alınır.
Müəssisənin heyvan təminatını həyata keçirmək üçün ferma qurulması da planlaşdırılır. Kəsimxanada sanitariya və gigiyena qaydalarına ciddi riayət olunur. Hazırda müəssisədə 22 nəfər çalışır ki, onların 20 nəfəri Laçın sakinləridir.

Regionlar 2024-03-01 14:25:00

Video