×
A
A
A
Sazlamalar

Bərdədə baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub YENİLƏNİB

Bərdə, 28 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Bərdədə “VAZ-2107” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində ölən və yaralananların kimliyi məlum olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ağır yol qəzasında 1985-ci il təvəllüdlü Qocayev Anar Rafiq oğlu və 1986-cı il təvəllüdlü Qasımov Eldəniz Ələkbər oğlu ölüblər. 2003-cü il təvəllüdlü Abbasov Ömər Vüqar oğlu, 1996-cı il təvəllüdlü Əliyev Səxavət Novruz oğlu, 2003-cü il təvəllüdlü Allahverdiyev Elşən Arif oğlu və 1991-ci il təvəllüdlü Qasımov Elçin Nasif oğlu isə xəsarət alıblar.


21:04
Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bərdə rayonunun Həsənqaya kəndi ərazisində qeydə alınıb. 90 DN 287 dövlət nömrə nişanlı “VAZ-2107” avtomobili ilə 99 UT 442 dövlət nömrə nişanlı “Mercedes”in toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2024-02-28 21:54:00