×
A
A
A
Sazlamalar

Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq

Bakı, 28 avqust, AZƏRTAC

Azərbaycan “Digitalisation and Channel Awards 2023” (“SDC Awards 2023”) mükafatlandırılma tədbirində təmsil olunacaq.
AZƏRTAC xəbər verir ki, “SDC Awards 2023” – “Angel Business Communications”ın ilk informasiya texnologiyaları (İT) mükafatlarının 14-cü buraxılışı bu il noyabrın 30-da Londonda sahiblərinə təqdim olunacaq. 34 kateqoriyada mükafatların təqdim olunacağı tədbirdə əsas İT həllər, innovativ rəqəmsallaşdırma layihələri və kanallar təltif olunacaq.
Artıq tədbirdə iştirak üçün Azərbaycandan DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi, Türkiyədən “Turkcell” və digər ölkələri təmsil edəcək “ExaGrid”, “Bridgeworks Ltd”, “Open-E Data “Storage Software”, “QiO Technologies”, “Lightbits Labs”, “StorPool Storage”, “NetOp.Cloud”, “Turkcell”, “@RACK”, “Hornetsecurity”, “Visiontech Systems International LLC”, “Radix IoT, NetBrain Technologies Inc..,”, “Ceramica Platino”, “Salt Communications”, “Digis”, “The BIM Engineers”, “Safe Workplace”, “MIT Dynamic”, “Incogni”, “IP Fabric”, “Accenture”, “Zerto, 2Checkout (now Verifone))”, “KSB Technologies”, “Nasuni” kimi şirkətlər qeydiyyatdan keçib.
“Digitalisation and Channel Awards 2023” nominasiyalar üzrə qeydiyyat sentyabrın 1-də başa çatacaq.

İKT 2023-08-28 12:25:00