×
A
A
A
Sazlamalar

“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb

Bakı, 28 avqust, AZƏRTAC

Paytaxtda “Google” şirkətinin “Google I/O Extended 2023 Baku” konfransına 1000-dən çox müraciət qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, “Google” şirkətinin developer həlləri, yeni texnologiyalar haqqında məlumat qazana bilinəcək “Google I/O”nun topluluqlardakı əksi devizi altında keçirilib. Tədbir proqramı “Genrative Aİ” , “Quantum Machine Learning” və “Cyber Security”i mövzuları əhatə edib.
Tədbirin təşkilatçıları bildiriblər ki, “Google I/O Extended 2023 Baku” Azərbaycanda keçirilən ən böyük developer tədbirində 200-dən çox iştirakçıya “Google” imzalı virtual “badge”lər və “sticker” hədiyyə olunub. Növbəti tədbir avqustun 29-dan 31-dək ABŞ-ın San-Fransisko ştatında Moscone Mərkəzində keçiriləcək.
Qeyd edək ki, “Google I/O” “Google” şirkəti tərəfindən San-Fransiskoda təşkil olunacaq proqram təminatı tərtibatçıları üçün illik toplantıdır. Bu tədbir çərçivəsində “Google I/O”, “Google və Android”, “Chrome”, “Chrome OS”, “Google API”, “Google Web Toolbar”, “App Engine” kimi açıq mənbəli veb-texnologiyalar ilə birgə hazırlanmış veb və ya mobil əsaslı proqramlar üzrə bir çox texniki təqdimatlar keçirilir və müzakirələr aparılır.
İlk dəfə 2008-ci ildə təşkil edilən “Google I/O” tədbiri “Açıq innovasiya” mənasını verir, həmçinin ingiliscə giriş/çıxış “I” və “O” sözlərini əks etdirir.

İKT 2023-08-28 11:46:00