İsrail və BƏƏ Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində təmsil olunacaq
Bakı, 25 avqust, AZƏRTAC
İsrail Aerokosmik Sənayesi (IAI) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Muhammed Bin Rəshid Kosmik Mərkəzi (MBRSC) bu il oktyabrın 2-6-da Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin (IAC-2023) qızıl sponsorları elan edilib.
AZƏRTAC xəbər verir ki, 74-cü Beynəlxalq Astronavtika Konqresində (IAC-2023) sponsor kimi çıxış etmək istəyən şirkətlər sentyabrın 10-dək qeydiyyatdan keçməlidir. Tədbirdə iştirak üçün qeydiyyat 3 həftə sonra bitəcək. Artıq tədbirin işıqlandırılması məqsədilə 14 media qurum qeydiyyatdan keçib. Rəsmi olaraq Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin (IAC-2023) sponsoru qismində hazırda 25 şirkət çıxış edir.
Qeyd edək ki, İsrailin həm hərbi, həm də mülki sektorda əsas aerokosmik və aviasiya istehsalçısı və təchizatçısı olan İsrail Aerokosmik Sənayesi şirkətinin 16 min əməkdaşı var. IAI şirkətinin bütün səhmləri İsrail dövlətinə məxsusdur. IAI mülki təyyarə, döyüş təyyarəsi, pilotsuz uçuş aparatları, raket, müxtəlif avionika istehsalı və təmiri ilə məşğul olur.
IAI-nin əsas istiqaməti aviasiya və kosmik sənaye olmasına baxmayaraq, şirkət, həmçinin quru və dəniz qüvvələri üçün də müxtəlif hərbi təyinatlı məhsulların istehsalı ilə məşğul olur. Bu məhsullar, xüsusilə İsrail Silahlı Qüvvələrinin ehtiyacını ödəmək məqsədilə hazırlansa da, bəzi xarici ölkələrə də ixrac edilir.
2006-cı ildə əsası qoyulan Muhammed Bin Rəshid Kosmik Mərkəzi (MBRSC) BƏƏ-nin İKT sektorunda tədqiqat və inkişafa dəstək göstərən aparıcı qurumlarındandır.
Muhammed Bin Rəshid Kosmik Mərkəzi BƏƏ-nin Milli Kosmik Proqramı əsasında fəaliyyət göstərir. Mərkəz yerin müşahidə peyklərini qurur və idarə edir, bütün dünyada müştərilərə təsvir və məlumatların təhlili xidmətlərini təklif edir.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb