Otuz il əvvəl bu gün “az” milli domeni istifadəyə verilib
Bakı, 25 avqust, AZƏRTAC
1993-cü il 25 avqustda “az” milli domeni istifadəyə verilib, “az” şərti işarəsi Azərbaycan Respublikasına mənsub olmaqla yüksək səviyyəli ölkə kodudur. Artıq 30 ildir ki, bu domen qlobal internet şəbəkəsində ölkəmizə məxsus milli seqmenti əks etdirir.
AZƏRTAC xəbər verir ki, ölkələrin internet kodları ölkə və ya müstəqil ərazi tərəfindən istifadə edilən domen kodlarıdır. Bu kodlar iki hərfdən ibarət olub, əksəri “İSO 3166-1 alfa-2” ölkə kodlarına uyğun gəlir. Ümumiyyətlə, 243 ölkə internet kodu var. Hər ölkə öz domen kodu üçün qaydalar təyin edir. Bəziləri hətta digər istifadəçilərə həmin ölkənin domen kodunan istifadə etməyə icazə verir, məsələn, Avstriya (.at) və Kokos adaları (.cc). Digər ölkələr yalnız öz istifadəçılərinə domendən istifadəyə icazə verirlər.
Domen adlar iki sinfə bölünür: coğrafi domenlər, fiziki domenlər. Coğrafi domenlər ölkə adlarına görə yaradılır: .az, .tr, .ru, .ge və s. - yuxarı səviyyəli coğrafi domenlər;
Domen - internet şəbəkəsində domen adları fəzasının sahəsidir. Domen adı dedikdə domenin simvolik adı nəzərdə tutulur. Domen adı bir domen daxilində istənilən hərf və rəqəm birləşməsi ola bilər. Domenin tam adı nöqtə ilə ayrılmış bütün domenlərin adlarından təşkil olunur və internetdə nəşr edilmış hər hansı veb-saytın ünvanını göstərir. Saytların rəqəm şəklində verilmiş İP ünvanlarını yadda saxlamaq çətin olduğundan, bu ünvanlar DNS sistemi vasitəsi ilə domen adlarla əvəz olunur. Bu da o deməkdir ki, domen ad - istənilən internet istifadəçisinin sayta müraciətinə şərait yaradan ünvandır və sayt sahibi olaraq, internet layihəsini həyata keçirmək üçün bir neçə şərt vacibdir. İlk olaraq layihənin mövzusunu seçməli və bundan sonra saytın birinci səviyyəli domen adını seçmək lazım gəlir.
Hər bir ölkə adına uyğun xüsusi domenə malikdir. Məsələn, AZ - Azərbaycanın internetdə qəbul edilmiş və BMT-nin Beynəlxalq Standartlar Qurumu tərəfindən təsdiq edilmiş domenidir. Funksional domenlər isə (.com, .org, .net, .info və s) internet resursunun fəaliyyətindən asılı olaraq müəyyən edilir: kommersiya saytları - COM, rəsmi dövlət saytları - GOV, təşkilat saytları - ORG, hərbi mövzuda saytlar - MİL, təhsil haqqında saytlar - EDU və s. kimi adlandırılırlar. Funksional domenlərin paylanması ilə əvvəllər yalnız İnterNic Beynəlxalq təşkilatı məşğul olurdusa, 1999-cu ildən domen adlarının qeydiyyatdan keçirilməsi ilə dünyada bir çox nüfuzlu təşkilatlar məşğul olmağa başladılar: Go Daddy, Enom, Network Solutions və s.
Domen adı mülkiyyət hüququnun obyekti deyil və alqı-satqı müqaviləsinin obyekti ola bilməz, domenin başqa fiziki və ya hüquqi şəxsə keçməsi yalnız sifarişçinın yazılı müraciəti əsasında həyata keçirilməlidir. İnternetin kütləviliyinin artması ilə ünvanlarla əlaqədar alver və sui-istifadələrin sayı çoxalmışdır. Problemin həlli üçün mexanizmlər işlənmiş və vasitələr təqdim edilib, eyni zamanda prinsipial xüsusiyyətlər göstərilib. “.az” milli domeni ilə bağlı səlahiyyətləri hazırda Rəqəmsal İnkişaf və nəqliyyat Nazirliyi Nazirlər Kabineti ilə birgə həyata keçirir.
Domen adları qeydiyyatdan keçərkən qeydiyyat haqqında məlumatlar DNS-in reyestrində yerləşdirilir. DNS-in reyestrində yerləşdirilmiş verilənlər qeydiyyatdan keçənlərin əsas informasiya mənbəyidir.
Qeyd edək ki, 2017-ci il martın 17-də “.Az” domeni ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanmış Qanun qüvvəyə minib.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb