×
A
A
A
Sazlamalar

Azərbaycan Tatarıstanda keçiriləcək beynəlxalq forumunda təmsil olunacaq

Bakı, 24 avqust, AZƏRTAC

Azərbaycan sentyabrın 20-22-də Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazanda keçiriləcək “Kazan Digital Week” (“Kazan Rəqəmsal Həftəsi”) beynəlxalq forumunda iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, tədbirə Azərbaycan, Belarus, Bolqarıstan, Braziliya, Vyetnam, İndoneziya, İran, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Nigeriya, Birləşmiş Ərəb Əmirlikləri, Peru, Makedoniya və Türkiyədən qonaqlar qatılacaq.
Forumla birgə sərgi də təşkil ediləcək. Sərginin ümumi sahəsinin 3,2 min kvadratmetr olması, ərazidə 115 stendin quraşdırılması planlaşdırılır.
“Kazan Digital Week” forumunun əsas missiyası elmi-texniki məlumat mübadiləsini təmin etmək və beynəlxalq əməkdaşlığa töhfə verməkdir.

İKT 2023-08-24 21:07:00