İnformasiya sistemlərinə dair lisenziyanın əldə edilməsi üçün müraciət prosesi barədə videotəlimat hazırlanıb
Bakı, 24 avqust, AZƏRTAC
“Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi” fəaliyyəti qanunvericiliyə uyğun olaraq yalnız xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.
AZƏRTAC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) mətbuat xidmətinə istinadla xəbər verir ki, müvafiq lisenziyanın əldə edilməsi üçün müraciət prosesi barədə videotəlimat hazırlanıb.
Qeyd edək ki, Dövlət informasiya ehtiyatları və sistemləri “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli Fərmanında nəzərdə tutulmuş Keçid Planına uyğun olaraq mərhələli şəkildə “Hökumət buludu”nda yerləşdirilir, aparılır və Data Mərkəzində saxlanılır.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb