Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
Ağcabədi, 24 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə məhsul yığımına hazırlıq görülür.
Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2023-cü ildə rayonda 3770 hektarı “Azərpambıq” MMC, 4392,4 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 2400 hektarı “P-Aqro” MMC, 930,3 hektarı digər şirkətlərlə müqavilə əsasında 11 min 492,7 hektar sahədə pambıq becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir.
Hazırda pambıq yığımına hazırlıq işləri görülür - kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilir, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir. Pambıq yığımına 54 ədəd kombayn, 134 ədəd traktor, 306 ədəd qoşqu, 15 ədəd yükləyici, 35 ədəd çiləyici cəlb edəcək. Bu mövsüm rayon üzrə 40 min tondan çox pambıq istehsalı gözlənilir.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb