×
A
A
A
Sazlamalar

Gecikdirilmiş ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasına gətirilən uşaq sağalaraq evə buraxılıb

Bakı, 23 avqust, AZƏRTAC
Ağcabədi rayon sakini, 2015-ci il təvəllüdlü Nihad Kərimov yüksək bədən hərarəti, sağ ayaq dizdən yuxarı qızartı, ödəm və eyni zamanda, döş qəfəsində, qarında kəskin ağrılarla bağlı şikayətlərlə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gecikdirilmiş ağır vəziyyətdə müraciət edib.
Klinikadan AZƏRTAC-a bildirilib ki, xəstəyə lazımi stasionar müalicə göstərildikdən sonra “Sağ diz nahiyəsindən yuxarı dərin və səthi venaların tam trombozu və bu tromblara bağlı ağciyərin septik tromboemboliyası” diaqnozu qoyulub. Aparılan müayinələr nəticəsində xəstənin vəziyyəti yaxşılaşaraq evə yazılıb.
Nihad Kərimovun valideynləri oğullarına göstərilən diqqət və qayğıya görə Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımova, Uşaq Klinik Xəstəxanasının direktor müavini Rəşad Tağıyevə və uşaqlarının müalicəsində iştirak edən həkim və tibb bacılarına öz dərin minnətdarlıqlarını bildiriblər.

Səhiyyə 2023-08-23 16:52:00