×
A
A
A
Sazlamalar

İsrailin bir sıra şirkət nümayəndələri Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində olublar

Bakı, 23 avqust, AZƏRTAC

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) təşəbbüsü ilə Azərbaycanda səfərdə olan İsrailin bir sıra şirkət nümayəndələri Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində olub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, İsrailin “Raycom”, “Cysourse” və “Fincom” şirkətlərinin təmsilçiləri mərkəzdə yaradılan şərait və dərs prosesləri ilə tanış olublar. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müşaviri Şahin Əliyev mərkəz haqqında qonaqlara ətraflı məlumat verib.
İsrail nümayəndələri mərkəzin fəaliyyətini regionda bu istiqamət üzrə kadr potensialının artırılması və sahənin inkişafı baxımından yüksək qiymətləndirib.

İKT 2023-08-23 15:03:00