Bakıda keçiriləcək “Rəqəmsal iqtisadiyyatlar və Kibertəhlükəsizlik” konfransına bir ay qaldı
Bakı, 22 avqust, AZƏRTAC
Bu il sentyabrın 21-23-də Bakının üçüncü dəfə ev sahibliyi edəcəyi “Beynəlxalq Kibertəhlükəsizlik Günləri”nə (“ICSD 2023”) həsr edilmiş “Rəqəmsal iqtisadiyyatlar və Kibertəhlükəsizlik” adlı konfransa cəmi bir ay qalıb.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və ölkənin ən böyük kibertəhlükəsizlik müəssisəsi olan “Prosol” şirkətinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
“ICSD 2023” çərçivəsində 2 konfrans, 1 kibermüsabiqə, 13 panel təşkili və 92 panelistin çıxışı gözlənilir.
Qeyd edək ki, tədbirdə iştirak üçün artıq 1646 şəxs qeydiyyatdan keçib.
Tədbir çərçivəsində ölkədə ilk dəfə kiberhücumların simulyasiyası ilə keçiriləcək virtual müharibə yarışı “Critical Infrastructure Defence Challenge - 2023” təşkil olunacaq. Virtual müharibə yarışında iştirakçıları 30 000 AZN-lik mükafat gözləyir.
“ICSD 2023”də dünyanın müxtəlif yerlərindən sənaye ekspertləri, kibertəhlükəsizlik mütəxəssisləri, hökumət rəsmiləri və həvəskarlar bir araya gələcəklər. Tədbirin əsas missiyası kibertəhlükəsizlik anlayışını artırmaq və günümüzün rəqəmsal mənzərəsində inkişaf edən problemlərin həllində əməkdaşlığı təşviq etməkdir. Maraqlı panel müzakirələr, interaktiv sessiyalar və bilik mübadiləsi vasitəsilə tədbir kiber davamlılığı artırmaq, kritik infrastrukturları, fərdləri və təşkilatları kiber təhlükələrdən qorumaq barədə maarifləndirmək məqsədi daşıyır.
“ICSD” konfransı müxtəlif sessiyalar, panel müzakirələri və şəbəkələşmə imkanları ilə iştirakçılar üçün zəngin təcrübə vəd edir.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb