×
A
A
A
Sazlamalar

Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 27 yoluxma faktı qeydə alınıb

Bakı, 21 avqust, AZƏRTAC

Avqustun 14-dən 20-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 27 yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 832 min 71 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 747 nəfər müalicə olunaraq sağalıb, 10 min 295 nəfər vəfat edib. Aktiv xəstə sayı 29 nəfərdir.
Son həftədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 516, bu günə qədər isə ümumilikdə 7 milyon 668 min 437 test icra olunub.

 

Səhiyyə 2023-08-21 17:53:00