×
A
A
A
Sazlamalar

Oğuzda ümumi əkin sahələri 412 hektar artıb

Oğuz, 21 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Oğuz rayonunda 2023-cü ilin məhsulu üçün 18 min 727 hektar sahədə ümumi əkin aparılıb. Bu, əvvəlki illə müqayisədə 412 hektar və ya 2,2 faiz çoxdur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, cari ilin məhsulu üçün əkin aparılmış sahələrin 18 min 225 hektarı ailə kəndli və ev təsərrüfatlarının, 5 hektarı dövlət kənd təsərrüfatı müəssisələrinin, 497 hektarı isə qeyri-dövlət kənd təsərrüfatı müəssisə və təşkilatlarının payına düşür. Əkin sahələrinin 111 hektarı bağların cərgələri arasındadır.

Kənd təsərrüfatı 2023-08-21 03:18:00