×
A
A
A
Sazlamalar

Özbəkistanın “Uzbekspace Agency” kosmik agentliyinin nümayəndə heyəti “IAC 2023”də iştirak edəcək

Bakı, 20 avqust, AZƏRTAC

Özbəkistanın “Uzbekspace Agency” kosmik agentliyinin Baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində (“IAC 2023”) iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistanın “Uzbekspace Agency” kosmik agentliyi məlumat yayımlayıb.
“Bu fürsətdən maksimum yararlanmaq üçün biz Konqres zamanı əvvəlcədən planlaşdırılan görüşlərə açığıq. Biz xüsusilə kosmik təhsil proqramları, CubeSat layihəsi, texnologiya transferi və iqlim, fəlakət risklərinin azaldılması, ərzaq təhlükəsizliyi və su ehtiyatlarının idarə edilməsi mövzuları daxil olmaqla EO tətbiqləri ilə maraqlanırıq”, - deyə “Uzbekspace Agency” kosmik agentliyinin Baş direktoru Şuxrat Kadirov bildirib.

İKT 2023-08-20 05:23:00