İKTA-nın mütəxəssisləri Şərq Tərəfdaşlığı ölkələrində internet bazarının təhlili üzrə müzakirələrə qatılıblar
Bakı, 18 avqust, AZƏRTAC
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) nümayəndələri Şərq Tərəfdaşlığı ölkələrində telekommunikasiya bazarının təhlili üçün hazırlanmış sorğu vərəqlərinin qiymətləndirilməsi və təhlillərin aparılacağı coğrafi ərazilərin müəyyənləşdirilməsi üzrə onlayn görüşdə iştirak ediblər.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Şərq Tərəfdaşlığı Ölkələrinin Elektron Kommunikasiya üzrə Tənzimləyicilər Şəbəkəsinin (EaRePeg) Tənzimləyicilərin müstəqilliyi və genişzolaqlı internet inkişafı üzrə ekspert işçi qrupunun üzvləri ilə avropalı ekspertlər arasında təşkil olunmuş görüşdə İKTA-nın Hüquq və sənədlərlə iş departamentinin direktoru Oktay Məhərrəmov, Beynəlxalq əməkdaşlıq üzrə baş mütəxəssis Ravil İsgəndərov, Texniki tənzimləmə şöbəsinin baş mütəxəssisi Müşfiq Quluyev, Maliyyə şöbəsinin baş mütəxəssisi Rəşad Həsənov, Poçt rabitəsi şöbəsinin aparıcı mütəxəssisi Vüqar Səmədov iştirak ediblər.
Görüşdə ekspert işçi qrupunun cari ilin may ayında Parisdə keçirilmiş iclasında Şərq Tərəfdaşlığı ölkələrində Tənzimləyici qurumlar və “EU4Digital” komandasının birgə dəstəyi ilə genişzolaqlı internet bazarının təhlilinin aparılması qərara alınıb.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb