Füzuli şəhərinə köçürülən sakinlər 24 saat ərzində tibbi xidmətlə təmin olunacaqlar
Bakı, 18 avqust, AZƏRTAC
İşğaldan azad olunmuş rayonlara köçürülən sakinlərin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən tibbi müayinələri aparılır.
TƏBİB-dən AZƏRTAC-a verilən məlumata görə, müayinələr “Böyük Qayıdış” layihəsi çərçivəsində və icbari tibbi sığorta hesabına vətəndaşlar üçün ödənişsiz əsaslarla həyata keçirilib.
Bu gün tibbi müayinədən keçən 23 ailədən olan 90 nəfər Qaradağ rayonunun Qobu park ərazisindən TƏBİB-in 113 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin əməkdaşlarının müşayiəti ilə Füzuliyə yola salınıb.
Bundan başqa, Füzuli şəhərinə köçürülən sakinlər Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası tərəfindən 24 saat ərzində tibbi xidmətlə təmin olunacaqlar.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar