Azərbaycan startapı Türkiyə bazarında fəaliyyətə başlayacaq
Bakı, 18 avqust, AZƏRTAC
Bir il əvvəl azərbaycanlılar tərəfindən yaradılan “Qoor” startapı Türkiyə bazarında fəaliyyətə başlayacaq.
AZƏRTAC xəbər verir ki, başlanğıcda İzmir şəhərində istifadəyə verilməsi nəzərdə tutulan tətbiq, qısa müddətdə digər şəhərləri də əhatə edəcək. 2 trilyon dollarlıq bir bazara daxil olan “Qoor” artıq Türkiyədə bir nömrəli akselerasiya mərkəzi olan İTÜ Çekirdek proqramına seçilən startaplardan biri olub.
Qeyd edək ki, bu il “Qoor” bu proqrama qəbul olan tək Azərbaycan startapıdır.
“Son dövrlərdə Azərbaycanda startap bazarında yenə maraqlı hadisələr baş verir. Həm dövlətin bu sahəyə göstərdiyi diqqət və dəstək, həm də yerli mütəxəssislərin artıq daha innovativ fikirlər ortaya qoyması ilə maraqlı layihələr ortaya çıxır. İndi “Qoor” Türkiyədə startap sürətləndirmə proqramını tamamlamalıdır. Hər il İTÜ Çekirdek-ə minlərlə startapın müraciət etdiyini və bu müraciət qarşısında az qismin seçildiyini nəzərə alsaq bunu böyük bir uğur və ölkəmiz üçün qürur mənbəyi hesab edirik. İTÜ Çekirdek dünyanın ən önəmli startap mərkəzlərindən biridir. İTÜ Çekirdek 2012-ci ildən bu günədək 4 mindən çox startapı məzun edib, 6 binalı böyük bir texnokənd formlaşdırıb. “Qoor” bu akselerasiya proqramının yaratdığı üstünlüklərdən, mentor və netvorkinq imkanlarından yararlanacaq. Proqramın sonunda isə hər il 300 milyon TL-dən çox investisiyanın olduğu böyük təqdimat günündə investorların qarşısına çıxacaq”, - deyə “Qoor” startapının təsisçiləri bildirib.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb