“VolİnnovatiON” layihəsi çərçivəsində könüllülər biznes model hazırlayıblar
Bakı, 18 avqust, AZƏRTAC
Azərbaycan Gənclər Fondunun dəstəyi və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “VolİnnovatiON” layihəsi çərçivəsində könüllülər “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzində olublar.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində “Innoland” İnkubasiya və Akselerasiya mərkəzi tərəfindən gənc könüllülərə “Startap nədir?”, “Startap və ənənəvi biznesin fərqi”, “Startap üçün ən önəmli 3 amil” mövzularında təlim keçirilib, bu barədə ətraflı məlumat verilib. Təlimlərdə 12 gənc iştirak edib.
Həmçinin gənclərə dünya startapları rəqəmlərdə və “Canvas” biznes modeli mövzularında məlumat verilib.
Daha sonra iştirakçılar startap ideyaları ilə bağlı “Canvas” əsasında biznes model hazırlayıblar.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb