“StartUp Wise Guys Global Pre-revenue” proqramına müraciətlər başlayıb
Bakı, 18 avqust, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü və “Paşa Holding” şirkətlər qrupunun sponsorluğu ilə dünyanın ən nüfuzlu və qabaqcıl akseleratorlarından biri “Startup Wise Guys” ilə tərəfdaşlıq nəticəsində ərsəyə gələn “StartUp Wise Guys Global Pre-revenue” proqramına müraciətlər başlayıb.
AZƏRTAC xəbər verir ki, unikal nəzəri və praktik biliklərlə zəngin proqrama 15 ən perspektivli startap komandası seçiləcək. Təlim müddətində innovativ düşüncənizi doğru yöndə istiqamətləndirəcək və dayanıqlı gəlir modeli yaratmağı təşviq edəcək təməl bilgiləri əldə edəcəksiniz. Üstəlik, qalib komandanı “Sabah.Hub”da akselerasiya və mentorluq fürsəti gözləyir.
Startapınızın gəlirlilik modelini təkmilləşdirməyi hədəfləyənlər heç tərəddüd etmədən “StartUp Wise Guys Global Pre-revenue” proqramına müraciət etməyə tələsməlidir.
Müraciət üçün son tarix avqustun 31-dək olacaq.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb