Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunları Türkiyədə təlimlərdə iştirak edir
Bakı, 17 avqust, AZƏRTAC
Avqustun 24-dək Türkiyənin aparıcı operatoru “Türk Telekom”un təşkilatçılığı ilə 30 gənc üçün kibertəhlükəsizliyin müxtəlif istiqamətləri üzrə təlimlər keçiriləcək.
AZƏRTAC xəbər verir ki, təlimlərdə iştirak edən 10 nəfər Azərbaycanı təmsil edən gənclərdir. Onların arasından 6 gənc Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) tələbələridir. Gənclərdən 5-i ilk AKM məzunları, 1-i isə hazırda təhsil alan tələbədir.
“Azercell Telecom LLC”nin təşkilatçılığı və dəstəyi ilə düşərgədə iştirak etmək hüququ qazanan bütün tələbələrə təlimlərin yekununda sertifikatlar təqdim olunacaq.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb