×
A
A
A
Sazlamalar

TƏBİB: Suda boğulma ilə bağlı 47 müraciət daxil olub

Bakı, 17 avqust, AZƏRTAC
TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına iyunun 3-dən avqustun 13-dək suda boğulma ilə bağlı ümumi 47 müraciət daxil olub.
TƏBİB-dən AZƏRTAC-a verilən məlumata görə, onlardan 9 nəfərə yerində tibbi yardım göstərilib, 19 nəfər hospitalizasiya olunub və təəssüf ki, 19 nəfər isə Təcili və Təxirəsalınmaz Tibbi Yardım gələnə qədər vəfat edib.
Qeyd edək ki, hər gün dövlət nəzarəti olan 19 çimərlikdə stansiyanın təcili yardım briqadaları növbəli şəkildə xidmət aparır.
Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobillərində suda boğulan şəxslərə ilkin tibbi yardım tədbirlərini həyata keçirmək üçün hər bir təchizat və təminat mövcuddur.
Suda boğulmanın ilk dəqiqələrində zərərçəkənlərin 90 faizini, 6-7 dəqiqədən sonra isə yalnız 1-3 faizini xilas etmək mümkündür.

Səhiyyə 2023-08-17 16:12:00