“Microsoft”un “Office” və “Windows” məhsullarına təsir edən boşluq aşkarlanıb
Bakı, 17 avqust, AZƏRTAC
“Microsoft”un “Office” və “Windows” məhsullarına təsir edən boşluq (CVE-2023-36884) aşkar edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata əsasən, boşluq “Microsoft”un “Office” və “Windows”un uzaqdan kod icrası zəifliyidir. Bu boşluqdan müvəffəqiyyətlə istifadə edən kiberdələduz xüsusi hazırlanmış “Microsoft Office” sənədi vasitəsilə ixtiyari kodu icra etmək üçün imkan əldə edir.
Boşluğun istismarı kiberdələduza ixtiyari kod icra etməyə, fərdi məlumatları ələ keçirməyə, dəyişdirməyə və silməyə imkan verir.
Təsirə məruz qalan məhsulların ən son versiyaya yenilənməsi tövsiyə olunur.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb