Ekspert: “Onlayn Azərbaycan” layihəsi bəhrəsini verir
Bakı, 16 avqust, AZƏRTAC
“Onlayn Azərbaycan” layihəsi bəhrəsini verir. Beynəlxalq hesabatda genişzolaqlı internet sürətində 40 faiz artım, həmçinin də ev təsərrüfatlarının genişzolaqlı internetə çıxışı 1,25 milyona çatdırılıb.
Bunu AZƏRTAC-a açıqlamasında “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nın (AİKTSA) İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov bildirib.
Onun sözlərinə görə, ölkədə genişzolaqlı internetin sürəti ilə bağlı beynəlxalq hesabatlarda da müsbətə doğru irəliləyiş davam edir: “Ookla” şirkəti tərəfindən iyul ayında dərc edilən son hesabatda ötən ilin müvafiq dövrü ilə müqayisədə sürətin 20.91 Mbit/s-dən 29.14 Mbit/s-ə dəyişdiyi qeyd edilib. 40 faiz artım olub. İnternet infrastrukturunun yaxşılaşdırılması istiqamətində 2024-cü ilin sonunadək ölkənin ən ucqar rayon və kəndlərində ən aşağı 25 Mbit/s genişzolaqlı internetlə təmin edilməsi çərçivəsində “Onlayn Azərbaycan” layihəsi davam edir. Bu istiqamətdə ölkə ərazisində bütün ev təsərrüfatlarının GPON və digər texnologiyalar vasitəsilə minimum sürəti 25 Mbit/s olan genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin sayının artırılması hədəflənir”, - deyə E.Abbasov əlavə edib.
Ekspert qeyd edib ki, 2023-cü ilin ilk 7 ayı ərzində 431 min ev təsərrüfatının genişzolaqlı internetə çıxışı təmin edilib. Ümumilikdə isə 1,25 milyondan çox ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bu, ölkədə mövcud ev təsərrüfatlarının 47 faizini təşkil edir və cari ilin sonuna kimi 55 faizədək çatdırılması hədəflənib.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb