×
A
A
A
Sazlamalar

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib

Bakı, 15 avqust, AZƏRTAC

İnstaqram sosial şəbəkəsində “PashaPay” şirkətinin məhsulu olan “m10” elektron pulqabısı adından saxta səhifələr yaradılıb. Həmin səhifələr müxtəlif kampaniyalar keçirərək, vətəndaşların fərdi və bank kartı məlumatlarını ələ keçirirlər.
AZƏRTAC xəbər verir ki, Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara rəsmi olmayan səhifələrə etimad etməməyi və hər hansı şirkətin həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda, ilk növbədə, həmin şirkətlə əlaqə saxlamağı və yaxud şirkətin rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.



 

İKT 2023-08-15 15:51:00