×
A
A
A
Sazlamalar

Pakistanın “9D Technologies” şirkəti ölkəmizdə fəaliyyət göstərmək istəyir

Bakı, 15 avqust, AZƏRTAC

Pakistanın “9D Technologies”in nümayəndələri “AzInTelecom”da olub.
AZƏRTAC xəbər verir ki, Pakistanın İKT sahəsində lideri sayılan bu şirkətin rəsmiləri “AzInTelecom”un rəhbər heyəti ilə görüşüb və qurumun rəqəmsallaşma sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndirib.
Bulud xidmətlərini təqdim edən şirkət gələcəkdə Azərbaycanda fəaliyyətə başlamağı planlaşdırır və “AzInTelecom”la əməkdaşlığın onlar üçün vacib rol oynadığını bildirib.

 

 

İKT 2023-08-15 12:52:00